Ölkəmizdə nə qədər həkim var?

Ölkəmizdə nə qədər həkim var?
  22 Yanvar 2013    Oxunub:2411
[B]Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.[/B]
Dövlət Statistika Komitəsindən məlumata görə, ölkədə 32 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 524 xəstəxana, 1697 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Ötən il ölkənin səhiyyə sistemində 84 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onlardan 38-də (Bakıda 21, regionlarda 17) təmir-tikinti işləri başa çatdırılıb. Bütün müəssisələr ən müasir avadanlıqlarla təchiz edilib.


Teqlər:





Xəbər lenti