Vəli Qocayev nazirlikdə yüksək vəzifəyə təyin edildi

Vəli Qocayev nazirlikdə yüksək vəzifəyə təyin edildi
  05 Fevral 2022    Oxunub:3166
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin bölmə rəisi polis polkovnik-leytenantı Vəli Qocayev vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə V.Qocayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti