Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  26 Aprel 2024    Oxunub:894
Aprelin 27-si saat 09:00-dan aprelin 28-i saat 22:00-dək paytaxtın Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a məlumat verilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA   yol   hərəkət  





Xəbər lenti