Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilib

   Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilib
  04 May 2024    Oxunub:1030
Xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasir Burita ilə görüşüb.
XİN-dən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.

C.Bayramov, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.


AzVision.az


Teqlər: Azərbaycan   Mərakeş   XİN   görüş   viza  





Xəbər lenti