Doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib

   Doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib
  17 May 2024    Oxunub:573
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı “DOST” və “ASAN xidmət” mərkəzlərində istifadəyə verilmiş “Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng” xidməti vasitəsilə vətəndaşlara hər hansı qeydiyyat şöbəsinə getmədən doğumu qeydə almaq xidmətindən istifadə etmək imkanı yaradılıb.
AzVision.az -ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ildə doğumun dövlət qeydiyyatının səyyar qaydada səhiyyə müəssisələrində aparılmasını həyata keçirən qeydiyyat şöbələrinin sayı da artırılaraq ümumilikdə 4.746, o cümlədən əvvəlki illərdə doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti