Dünyada ən çox danışılan dillər - İnfoqrafika
Sivilizasiyanın digər mərkəzi barıtın, kompasın və kağızın icad edildiyi torpaqlarda yerləşir. Bura yazı dilinin qorunub saxlandığı mühüm məkan olduğundan, tarixçilərə dil normalarının inkişafını və dəyişməsini müşahidə etməyə imkan verir.
Mandarin dili Çin-Tibet ailəsinin ən çox danışılan, dünyanın isə ikinci ən böyük dildir.
Yapon və Koreya dilləri bir-birindən ayrıdır, onlar təcrid olunmuş dillərə aiddirlər.
Ərəb, türk, vyetnam və s. dillərin öz təsir qrupları var.
Ümumən belə bir nəticə çıxarmaq olar: dili yaymağın iki əsas yolu var – əhali artımı və müstəmləkəçilik siyasəti. Məşhur bir zarafatı da xatırlamaq olar: optimistlər ingilis, pessimistlər isə çin dilini öyrənirlər. Təəssüf ki, hazırda Kalaşnikov avtomatını öyrənən realistlərlə bağlı məsələ də aktuallaşıb.
Amma vacib bir nüans var: Ən böyük mədəni nailiyyətlər belə “kiçik” dilləri sıxışdırmaq üçün səbəb ola bilməz. Əksinə, bəzən onlar heyrətamiz gözəlliyə və dünyaya bənzərsiz baxışa malikdirlər.
Tariyel Həsənov
AzVision.az