Baltik dənizində 11 min illik divar tapılıb
Onlar bu quruluşun təxminən 11 min il əvvəl qədim insanların ov üçün istifadə etdikləri divarın qalıqları olduğunu ehtimal edirlər. Daşların çoxluğu, eləcə də onların yerləşdirilmə üsulu divarın insanlar tərəfindən yaradıldığını göstərir.
Hər daşın hündürlüyü bir metrdən az, eni isə iki metrdir. İri daşlardan hörülmüş divarın qorunub saxlanmış hissəsinin uzunluğu demək olar ki, bir kilometrdir. Daş dövrünə aid bu ən böyük meqastruktur maralların yolunu kəsmək və onları daha asan öldürülə biləcək ərazilərə yönəltmək üçün istifadə edilə bilərdi.
AzVision.az
Teqlər: