Minlərlə bahalı maşın elektrik avtomobilindəki nasazlığa görə batıb?

 Minlərlə bahalı maşın elektrik avtomobilindəki nasazlığa görə batıb?
  06 Mart 2024    Oxunub:1314
Almaniyada "Volkswagen AG"yə qarşı iki iddia qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Ehtimal edilir ki, "Porsche" elektrik avtomobilindəki litium-ion batareyasının partlaması 2022-ci ildə batan "Felicity Ace" yük gəmisində yanğına səbəb olub. Gəmidə fərqli markada 4 min avtomobil olub.

İşlərdən biri Ştutqartda məhkəməsində qaldırılıb. İddiaçılar arasında gəminin operatoru "Mitsui OSK Lines" və gəminin sığortaçısı "Allianz" da var.

Qeyd olunur ki, iş bir il əvvəl başladılıb. Lakin hazırda Braunşveyq məhkəməsində olan ikinci iddia ilə bağlı isə danışıqlar aparıldığı üçün bu iş müvəqqəti olaraq dayandırılıb. Əgər tərəflər narazılıqları öz aralarında həll edə bilməsələr, məhkəmə çəkişmələri davam edəcək.

Xatırladaq ki, "Felicity Ace" yük gəmisi 2022-ci ilin martın 1-də Azor adaları yaxınlığında batıb. Rəsmi məlumatlara görə, gəminin göyərtəsində "Aventador"un 15 xüsusi buraxılışı, 20 "Huracan" və 50 "Urus" da daxil olmaqla 85 "Lamborghini" super avtomobilləri olub. Həmçinin 846 "Audi" və 580 "Porsche" avtomobili gəmi ilə birlikdə dənizdə qərq olub. Bundan əlavə, saytlar 190 "Bentley"in də batdığını yazıblar.

Tural Tağıyev

AzVision.az



Teqlər: Avtomobil   Gəmi  





Xəbər lenti