Dalğıc göldən 200 "Apple" saatı tapdı

Dalğıc göldən 200 "Apple" saatı tapdı
  06 Mart 2024    Oxunub:1109
ABŞ-da dalğıc gölün dibindən 200-ə yaxın "Apple" saatı tapıb.
AzVision.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Dalğıcın sözlərinə görə, o, bütün cihazları sahiblərinə qaytarmaq istəyir.

"İllinoys ştatının Port Barrinqton şəhərindən olan Darik Lanqos, xüsusi metal detektoru ilə gölün dibində axtarışlar aparır. O, burada çimərkən itirilmiş bahalı zinət əşyalarını tapmaqla dolandığını söyləyib. Ancaq dalğıc çox vaxt "Apple Watch" aşkarlayır", - nəşr yazıb.

Darik saatları satmaq fikrində deyil. Birincisi, alıcılar bu saatlar üçün çox pul ödəməyəcəklər. İkincisi isə, o, bir gün aksesuarları sahiblərinə qaytara biləcəyinə ümid edir.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Göl   Saat  





Xəbər lenti