"Neftçi" növbəti mərhələyə yüksəlib

"Neftçi" növbəti mərhələyə yüksəlib
  26 Mart 2024    Oxunub:1318
Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda mübarizəyə yekun vurulub.
AzVision.az xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 89:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci matçı qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" kollektivləri arasında baş tutub. Qarşılaşma "ağ-qaralar"ın 80:67 hesablı qələbəsi ilə bitib.

Bununla da Anar Sarıyevin rəhbərlik etdiyi komanda qrupu lider olaraq tamamlayaraq "Xəzri" ilə birlikdə növbəti mərhələyə yüksəlib.

B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndiqo" oyunundan sonra aydınlıq gələcək.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti