Bir neçə məşhur verilişin efir saatı azaldıldı

   Bir neçə məşhur verilişin efir saatı azaldıldı
  27 Mart 2024    Oxunub:798
ARB TV-də yayımlanan üç verilişin yayım saatı azaldılıb.
Bu barədə telekanal məlumat yayıb. Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb. Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti