Seulda avtobus sürücüləri tətilə başlayıblar

Seulda avtobus sürücüləri tətilə başlayıblar
  28 Mart 2024    Oxunub:610
Seulda avtobus sürücüləri saatlıq əmək haqqının 12,7% artırılması tələbi ilə tətilə çıxıblar.
Yonhap agentliyinin məlumatına görə, aksiya şəhərin marşrutlarının 97,6%-nə təsir edib. Çərşənbə günü səhərə qədər davam edən danışıqlarda sürücülər və rəhbərlik razılığa gələ bilməyib.

Tətilçilər əmək haqlarının 12,7% artırılmasını istəyirlər və kadrların başqa bölgələrə axınına işarə ediblər. Şirkətlər isə son beş ildə inflyasiyanın səviyyəsini nəzərə alaraq bu tələbi əsassız olaraq yüksək hesab edirlər.

Bu, ictimai nəqliyyat avtobusu sürücülərinin 2012-ci ildən bəri ilk ümumi tətilidir. Onların aksiyası şəhərdaxili marşrutlarda istifadə olunan 7210 avtobusa təsir edib ki, bu da paytaxtın avtobus parkının 97,6%-ni təşkil edir. Buna cavab olaraq hakimiyyət metro işinin intensivliyini artırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti