Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib

   Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
  28 Mart 2024    Oxunub:678
“Əməkdar hüquqşünas”, Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Eldar Əfəndiyev vəfat edib.
AzVision.az xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, hüquq elmləri namizədi olan E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bundan sonra o, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti