Çin ABŞ-a Tayvanı silahlandırmağı dayandırmağa çağırıb

   Çin ABŞ-a Tayvanı silahlandırmağı dayandırmağa çağırıb
  24 Aprel 2024    Oxunub:454
Vaşinqton Tayvanda separatçı qüvvələri dəstəkləmədiyini nümayiş etdirməli və adanı silahla təchiz etməyi dayandırmalıdır.
AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan məsələləri üzrə nümayəndəsi Çju Fenqlian ABŞ Konqresinin Tayvana hərbi yardım haqqında qanun layihəsini təsdiq etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, qanun layihəsi Çin və ABŞ arasında olan münasibətləri ciddi şəkildə pozur.

O vurğulayıb ki, Tayvan məsələsi yalnız Çinin daxili işidir və heç bir kənar müdaxiləyə ehtiyac yoxdur: "Tayvanlıların əksəriyyəti müharibə, parçalanma və qarşıdurma deyil, sülh, inkişaf, mübadilə və əməkdaşlıq istəyir".

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti