Şəkidə şagirdlər arasında "Xəmsə" intellektual oyunu və sərgi təşkil olunub

Şəkidə şagirdlər arasında "Xəmsə" intellektual oyunu və sərgi təşkil olunub
  28 Aprel 2024    Oxunub:697
Şəki şəhər Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təmayüllü Siniflər layihəsinin birgə təşkilatçılığı, Sheki Medianın informasiya dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəki Heydər Əliyev Mərkəzində Şəkidə fəaliyyət göstərən Peşə Təmayüllü Siniflərin şagirdləri arasında "Xəmsə" milli intellektual oyunu və əl işlərindən ibarət sərgi təşkil olunub.
İntellektual oyunda Peşə Təmayüllü Siniflər və Peşə məktəbindən ibarət olaraq 8 komanda iştirak edib.

Oyunun nəticəsinə əsasən, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin "İgidlər" komandası birinci yerə, Şəki şəhər 17 nömrəli məktəbin "Best of 17" komandası ikinci yerə, 12 nömrəli məktəbin "Smart" komandası isə üçüncü yerin sahibi olub.

Qalib komandalar diplom və medallarla mükafatlandırılıb.


AzVision.az



Teqlər:





Xəbər lenti