Ukrayna Azərbaycan və Ermənistan arasında razılığı alqışlayır

   Ukrayna Azərbaycan və Ermənistan arasında razılığı alqışlayır
  30 Aprel 2024    Oxunub:1137
"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı razılaşmasını alqışlayırıq".
AzVision.az xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.

“Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülhlə həlli, güc tətbiqindən imtina əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması, habelə regionda sabitlik və təhlükəsizlik təminatının zəruri şərtidir. Tərəflər arasında razılaşmaların praktiki cəhətdən uğurla həyata keçməsinə ümidliyik. Ukrayna Cənubi Qafqazda sülh və sabitliyə maraqlıdır", - bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan   Ermənistan  





Xəbər lenti