Cəbrayılda seysmik stansiya quraşdırılacaq

   Cəbrayılda seysmik stansiya quraşdırılacaq
  10 May 2024    Oxunub:678
Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

"Cəbrayılda əvvəllər stansiya var idi. Sonra Füzuli, Kəlbəcər, Xankəndi, Laçında - azad olunmuş bütün ərazilərdə kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, əhali köçdükcə işlə də təmin olunacaq və kadrlar da hazırlanacaq", - deyə Q.Yetirmişli bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti