Dini Komitənin sədri Lissabona gedib
Tədbirdə sabiq hökumət başçıları, nüfuzlu beynəlxalq dini və siyasi təşkilatların, QHT, dini mərkəz və elmi institutların nümayəndələri iştirak edəcəklər. 7 panel sessiyanı əhatə edəcək Forumda dialoq və etimadın yaradılması, münaqişə və müharibənin əsas səbəblərinin aradan qaldırılması, davamlı sülhün yaradılması prosesi, o cümlədən təbii resursların mühafizəsi və iqlim dəyişikliyi problemlərinin həllində dini və dünyəvi tərəfdaşlığın rolu barədə müzakirələr aparılacaq.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də qlobal foruma qatılıb.
AzVision.az
Teqlər: