AK qlobal iqtisadiyat və neftlə bağlı proqnozunu açıqladı

   AK qlobal iqtisadiyat və neftlə bağlı proqnozunu açıqladı
  15 May 2024    Oxunub:867
Avropa Komissiyası 2024-cü ildə qlobal iqtisadi artım proqnozunu payızda gözlənilən 2,9%-lə müqayisədə 3,2%-ə qaldırıb.
Bu barədə AK-nin növbəti iqtisadi proqnozunda göstərilib. Eyni zamanda, AK xəbərdarlıq edib ki, Yaxın Şərqdə və Ukraynada davam edən münaqişələr qlobal iqtisadi artıma zərbə vura bilər.

Avropa Komissiyası həmçinin, neftin qiymətinin nisbətən sabit olacağını qeyd edib. Belə ki, 2024-cü ildə Brent markalı neftin bir barelinin 85,4 dollara çatacağı gözlənilir. Lakin, 2025-ci ildə "qara qızıl" 80 dollara satıla bilər.

AzVision.az


Teqlər: Neft   AK  





Xəbər lenti