Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində - Video+Fotolar

Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində  -    Video+Fotolar
  18 May 2024    Oxunub:757
Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsinə qatılıb. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə edib. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
Azercell-in Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.

Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.









Teqlər: Azercell  





Xəbər lenti