Minlərlə Tehran sakini Rəisi ilə vida mərasiminə qatıldı - Video

   Minlərlə Tehran sakini Rəisi ilə vida mərasiminə qatıldı    - Video
  22 May 2024    Oxunub:721
İranın paytaxtında minlərlə sakin Engelyab meydanına (İnqilab meydanı) toplaşıb. Onlar mayın 19-da ölkənin şimal-qərbində helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətin üzvlərinin ruhuna dualar oxuyurlar.
Matəm paltarı geyinən iştirakçılar əllərində mərhum prezidentin, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və qəzaya uğramış nümayəndə heyətinin digər üzvlərinin portretlərini tutublar. Matəm mərasimi dini və vətənpərvərlik mahnıları ilə müşayiət olunur.

Qeyd edək ki, həlak olanlarla vida mərasimi müxtəlif şəhərlərdə bir neçə mərhələdə baş tutacaq.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti