Diplomları tanınmayan və ən çox imtina alan xarici universitetlər - Siyahı

   Diplomları tanınmayan və ən çox imtina alan xarici universitetlər -    Siyahı
  22 May 2024    Oxunub:750
Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı tərtib edilib.
AzVision.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri də açıqlanıb. Belə ki, sözügedən məsələdə məni qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.




AzVision.az



Teqlər:





Xəbər lenti