AzVision.az FHN-ə istinadən xəbər verir ki, keçirilən nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.
AzVision.az