Gürcüstan Qərbin təhdidlərinə cavab verdi

   Gürcüstan Qərbin təhdidlərinə cavab verdi
  22 May 2024    Oxunub:503
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqının Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsinə cavab olaraq rəsmi Tbilisiyə qarşı məhdudlaşdırıcı tədbirlər görəcəyi ilə bağlı iddialara münasibət bildirib.
“Bu ritorika qətiyyən qəbuledilməzdir. Ölkəmizin vizasız rejimi niyə dayandırılmalıdır? Çünki Gürcüstanda ölkənin mütləq əksəriyyətinin seçdiyi parlament ölkə üçün zəruri və vacib qanunlar qəbul edir? Bizim tərəfdaşlarımız olan Qərbdən eşitdiyimiz bəyanatlar qətiyyən qəbuledilməzdir”, - deyə Kaladze vurğulayb.

O, Gürcüstanın dostluğa, əməkdaşlığa və tərəfdaşlığa, sağlam münasibətlərə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, respublika artıq atdığı səmərəli addımlarla etibarlı tərəfdaş olduğunu sübut edib.

Qeyd edək ki, “Financial Times” yazıb ki, Avropa İttifaqına üzv olan bir sıra ölkələr Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsinə cavab olaraq rəsmi Tbilisiyə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini istəyir.

Təkliflər arasında Gürcüstan vətəndaşları üçün Aİ-yə vizasız rejimin ləğvi, məqsədyönlü sanksiyalar və xüsusəndə təşkilata üzv olan ölkələrdə Gürcüstan dövlətinə və rəsmi şəxslərinə məxsus vəsaitlərin dondurulması da var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti