İki nəfər yol qəzasının qurbanı oldu

İki nəfər yol qəzasının qurbanı oldu
  29 Aprel 2013    Oxunub:1303
Bakının Səbail rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Rayon Prokurorluğundan AzVision.az-a verilən məlıumata görə, hadisə rayonun Salyan şossesi adlanan ərazidə 20-ci sahənin yaxınlığında qeydə alınıb.

29 yaşlı Səfa Şıxəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Şəhər istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 2 piyadanı vurub.

Qəza nəticəsində piyadalardan biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər piyada isə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

İlkin ehtimallara görə, hadisənin baş verməsinə ərazinin yaxşı işıqlandırılmaması və sürücünün sürət həddini aşması səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti