Məhkumlar yaxınlarını “Skype” ilə görə biləcək
Layihəyə əsasən, Azərbaycan həbsxanalarında vətəndaşlığından asılı olmayaraq, cəza çəkən bütün məhkumlara qanunla müəyyən olunmuş müddətdən bir və qanunla tənzimlənəcək müvafiq nəzarət altında həbsxana xaricində bütün dünya üzrə internet resurslarından müvafiq dərəcədə istifadə etmək imkanı əldə edəcəklər.
Bununla bağlı hər bir məhkum üçün gündəlik internetdən istifadə üçün limit də müəyyən olunacaq.
Layihədə məhkumların internet vasitəsilə öz yaxınları və ailə üzvləri ilə əlaqə saxlaya bilməsi nəzərdə tutulur.
Məqsəd məhkumları dünyada baş verən elmi-texniki yeniliklərdən, sivilizasiyadan internet vasitəsilə operativ agah etməkdir.
Hazırkı qanunvericiliyə əsasən, məhkumlar yalnız həbsxana çərçivəsi ilə məhdudlaşan internet imkanlarından istifadə edə bilirlər. Layihənin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.(apa)