Fəhlə ehtiyatsızlıqdan ölüb

Fəhlə ehtiyatsızlıqdan ölüb
  30 Aprel 2013    Oxunub:1543
Fəhlə iş zamanı yıxılaraq xəndəyə düşdüyündən aldığı xəsarətlərdən hadisə yerində ölüb
Abşeron rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, bu gün saat 00.30-da Abşeron rayonu, Mehdiabad-Novxanı yolunun "Tosoil" yanacaq doldurma məntəqəsinin yanından keçən hissəsində su çəkilişi işləri ilə məşğul olan "Qayalar" MMC-də fəhlə işləyən, 54 yaşlı Dadaşov Əhməd Cənnət oğlu iş zamanı yıxılaraq xəndəyə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, fotoşəkillər çəkilmiş, meyit daxili müayinə olunması üçün MTE və PA birliyinin müvafiq şöbəsinə göndərilib və digər zəruri tədbirlər görülüb.

Faktla bağlı Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsilə
cinayət işi başlanılaraq istintaq aparılır




Teqlər:





Xəbər lenti