`Məshəti Gəncəvi`-ilk Azərbaycan şairəsidir

`Məshəti Gəncəvi`-ilk   Azərbaycan şairəsidir
  04 Mart 2014    Oxunub:10346
Birləşmiş Ərəb Əmirliklərinin `Dubai Al-Thakafiya` jurnalında `Məhsəti Gəncəvi - ilk Azərbaycan sairəsi` sərlövhəli geniş məqalə dərc edilib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki,Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “Dubai Al-Thakafiya” (“Dubay mədəniyyət jurnalı”) aylıq jurnalının mart nömrəsində bu ölkədə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 16 yanvar tarixli Sərəncamı ilə əlaqədar “Məhsəti Gəncəvi - ilk Azərbaycan sairəsi” sərlövhəli geniş məqaləsi dərc olunub.

-XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi mədəniyyətimizin intibahının parlaq nümayəndəsi olunub.

Məhsəti Gəncəvi hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi və qadın bəstəkardır. Cəngi və bərəbad alətlərində ifa etmiş və rübailər yazıb.

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə dünyaya göz açmış və ömrünün sonunadək orada yaşamışdır. Onun əsl adı Mənicə idi, “Məhsəti” adını isə özünə təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birinə görə, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləmişdir. Sultan isə onunla razılaşmayaraq “to, meh-həsti” (“sən hamıdan böyüksən”) deyib.

Azərbaycanın görkəmli mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun məlumatına görə, “Məhsəti” - “mah” və “səti” sözlərindən ibarət olub “Böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala görə, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindənüzəlib.

Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Xorasan, İraq, Zuzən, Arran və digər yerlərdə olmuşdur. O, bir müddət böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və sarayda təşkil olunan ədəbi məclislərdə iştirak etmişdir. Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma halında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanılan XIII əsrə aid “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.

Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, “Dastan”ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində keçirilməsi haqqında qərar qəbul edilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda, Avropanın Fransa, Avstriya, İtaliya kimi dövlətlərində, Şərqin və dünyanın digər ölkələrində musiqi axşamları, sərgilər, ədəbi gecələr, teatrlar təşkil ediib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa edilib Məhsəti Gəncəvi Mərkəzinin bu il yanvar ayının 21-də keçirilmiş açılış mərasimində Azərbaycan dövlətinin başçısı şəxsən iştirak edib.

Paytaxt Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, millətlər və dinlərarası tolerantlıq mövzularında


Teqlər:  





Xəbər lenti