Əsrin kabus-sualı

// Əhalinin artımından qorxmalıyıqmı?

      Əsrin kabus-sualı
  25 Noyabr 2021    Oxunub:3621
Planetdə əhalinin artıqlığı futuristlərin proqnozu deyil, yeni reallıqdır. Bəs bu hansı səbəbdən baş verir, ondan qorxmağa dəyərmi və onunla necə yaşamaq lazımdır?
Roma Klubunun alimləri əhali artımının hədləri haqqında hesabatı hələ 1972-ci ildə dərc edilbər. Orada qeyd edilir ki, Yer kürəsinin dözə biləcəyi hədd 8 milyard insandır. Bu həddə çox yaxında çatacağımızı artıq bilirik: Yer kürəsinin səkkiz milyardıncı sakini 2025-ci ilə qədər dünyaya gələcək.

Roma Klubu - italyan alimi və sənayeçisi Aurelio Peççeinin və britaniyalı kimyaçı, OECD-in (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı) elm üzrə baş direktoru Aleksandr Kinqin 1968-ci ildə yaratdıqları beynəlxalq analitik mərkəzdir. Təşkilatın ilkin vəzifəsi ictimaiyyətin diqqətini hesabatlar və araşdırmalar vasitəsilə qlobal problemlərə cəlb etməkdir.

BMT ekspertləri hesab edirlər ki, dünya 12 milyardlıq əhali həddinə çatacaq. Digər tədqiqatçılar 21-ci əsrin sonuna 9 milyard insan sayı ilə gedəcəyimizi düşünürlər. Bildirilir ki, təxminən 2060-cı illərdə dönüş baş verəcək və əhalinin artımı dayanacaq, hətta azalmağa başlayacaq.


Əslində əhalinin artımından qorxmalıyıqmı? Yəqin ki, yox. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru İrina Kalabaxina diqqəti belə bir məqama yönəldir ki, planetdə insanlar ayrı-ayrı ərazilərdə, sahil aqlomerasiyalarında cəmləşiblər. Ümumiyyətlə, əhalinin artımı bütün yer kürəsinin problemi deyil. Bu məsələyə resurslar kontekstində baxmaq lazımdır. Son yarım əsrdə zülal və bitki qidalarının istehsalı artır, lakin yarım əsr bundan əvvələ nisbətən adambaşına daha çox istehlak edirik.
Bəşəriyyət qidalanmanın öhdəsindən gəlsə də, təmiz su kimi ehtiyatlar onu narahat edır.

Balansdan – balansa

20-ci əsrdə əhalinin güclü artımı bir balanslaşdırılmış durumun digərinə (yüksək doğumun və yüksək ölümün aşağı doğuma və aşağı ölümə) adladığı demoqrafik keçidin nəticəsidir. Yüksək məhsuldarlıq və yüksək ölüm - aşağı məhsuldarlıq və aşağı ölüm. Avropa demoqrafik keçidi çoxdan başa vurub və indi əhalisini miqrasiya axını ilə dəstəkləyir. Doğuş nisbəti sürətlə aşağı düşəndə ölkə iqtisadiyyatı bundan fayda götürə bilər - iqtisadiyyata və yeni insan kapitalına qoyulan vəsaitlər sərbəstləşər.


Asiya artıq əhali artımını diktə etmir, Afrika isə buna yeni başlayır. Afrikada əhali hər il 2% artır, o, demoqrafik keçid prosesindədir. Məsələn, bizim nəsil ən çox məskunlaşan ölkələr siyahısında Konqo və Tanzaniyanı görəcək.

Qocalıq problemi

Növbəti problem əhalinin qocalmasıdır. 65-dən yuxarı yaşlıların xüsusi çəkisi artır. 80 yaşdan yuxarı insanların faizi daha sürətlə böyüyür. Onlarınsa öz həyat tərzi və öz ehtiyacları var. Biz daha uzun yaşayır və uzun müddət sağlam qalırıq. Sağlam ömür uzunluğu da artır və bu da yaxşı xəbərdir. Təbii ki, qaydalar, əmək bazarında qalma şərtlərimiz dəyişir. Yaşı 40-dan çox olan insanlara daha bir ali təhsil almaq şansı versək, onda ikinci məhsulu götürəcəyik.


Yadda saxlamaq lazımdır ki, 20-ci əsrdə əhalinin qocalması varlı ölkələrdə baş verib - yaşlı insanlar yaxşı pensiya ala və yüksək həyat səviyyəsini təmin edə biliblər. Ancaq təxminən 2050-ci ilə doğru yaşlıların 80%-i o qədər zəngin olmayan və daha az resurslara malik inkişaf etməkdə olan dünyada yaşayacaqlar. Resurslar uğrunda mübarizə həm yaşlı əhalinin öz nümayəndələri arasında, həm də gənclərlə gedəcək.

Nadir Quliyev
AzVision.az


Teqlər: Demoqrafiya   Problem  





Xəbər lenti