Təxribatların ilk istiqaməti: Babaqarda nələr olmuşdu – FOTOLAR

      Təxribatların ilk istiqaməti:    Babaqarda nələr olmuşdu –    FOTOLAR
  03 Avqust 2022    Oxunub:10643
(I yazı)

Sərhədin Qazax və Ağstafa rayonları istiqamətində olan 163 km.-lik hissəsinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən mərhələli şəkildə həyata keçirilməsi ermənilərin təxribat fəaliyyətilə müşayiət olunmuşdu.
2016-cı ilin aprel “kötəyindən” sonra “doğrulmamış ümidlər ölkəsinin” siyasi rəhbərliyi artıq çox gözəl başa düşürdü ki, Azərbaycanın işğal olunmuş ərazilərini əlində saxlaya bilməyəcək, yeni qarşıdurma ildırım sürətli olacaq və yüksək texnologiyalarla aparılacaq. Odur ki, "Serjik və Co." münaqişənin sülh yolu ilə həlli prosesini ənənəvi olaraq uzatmaq üçün kabinet vurnuxmalarını davam etdirir və təhlükəsizlik zəmanəti almaq üçün siyasi “qalaqurmaya” hazırlaşırdılar.


Bilyardçi general Yuri Xaçaturov, oğlu Qrişanın və Ermənistan Silahlı Qüvvələrinin hərbi caniləri olan digər dikbaş zabitlərdən ibarət qrup Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qarşıdurmaya çəkmək qərarına gəldilər. Niyyət sadə idi - "münaqişə daxilində münaqişə" yaratmaq, əsas məsələnin həllini dolaşığa salmaq və Ermənistanın labüd məğlubiyyətinin vaxtını uzatmaq. Qarabağda və Azərbaycana bitişik digər rayonlarla təmas xəttində təxribat törətmək arzularını reallaşdırmağa imkan olmadığından, vəziyyətin birbaşa dövlət sərhədində gərginləşdirilməsi qərara alındı...


Üç ölkənin sərhədlərinin qovşağında yerləşən Babaqar strateji yüksəkliyi (700,6 m) İkinci Şıxlı kəndini və Azərbaycan-Gürcüstan yolunun Qırmızı Körpü məntəqəsi istiqamətini düşmən atəşindən qoruyan ən təbii maneə idi. Erməni generalların düşüncəsinə görə, bu, Azərbaycanın ən mühüm nəqliyyat qovşaqlarından birinə yaxınlaşmağa və dirçəldilmiş İpək Yolunun bir hissəsini təhlükə altına salmağa, eləcə də Böyük Kəsik dəhlizindəki bir neçə neft və qaz kəməri xətti ilə (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa) məsafəni azaltmağa imkan verən “Axilles dabanı” idi. Axı müasir döyüş vasitələri baxımından üç dövlətin sərhəd qovşağından keçən 17 kilometrlik düz xətt elə də böyük məsafə deyil.


Babaqar yüksəkliyi qarnizonunu iki cinahdan mühasirəyə almaq və təchizat yollarını kəsmək məqsədilə Ermənistan Silahlı Qüvvələri mühəndis işləri aparmaqla Qarayal dağından (736 m) “sürünən hücum” həyata keçirməyə başladılar. Lakin ermənilərin planları bölmələrimizin daha irimiqyaslı işi ilə dayandırıldı. Həmin işin nəticəsində postlarımız kilometrlərlə irəli aparıldı, düşmənin yolunu yeni dayaq məntəqələrilə kəsildi, bəzi yerlərdə xəndəklərlə bağlandı, təbii relyef maneələri istehkamlarla tamamlandı.

Babaqarla Qarayal yüksəklikləri arasındakı məsafə 1835 m.-dirsə, hazırda tərəflərin birinci müdafiə xətti arasında cəmi 130-150 m. ara var. Bu isə o deməkdir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri əslində sərhədin şimal hissəsində sərhəd yox, həqiqi döyüş xidməti həyata keçirir...


Bir neçə ay ərzində Babaqar strateji yüksəkliyinin perimetri boyunca 5 kilometrə qədər yeni səngərlər qazılıb, 40 kilometrə qədər təkrar kommunikasiya xətləri çəkilib, düşmən tərəf bəndlə bağlanıb. Hündürlük özü lazımi anda bir neçə dəqiqə ərzində zirehli texnika ilə gücləndirilə biləcək əsl qala halına gətirilib.

“Sürünən hücum” planının iflasa uğradığını anlayan erməni tərəfi döyüşçülərimizin bütün sərhəd xətti boyunca qətiyyətli müqaviməti ilə üzləşərək silahlı təxribatlara başladı. Sərhədçilərimiz iriçaplı silahlardan istifadə etməklə nəinki Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrini sıxışdırdılar, hətta düşmənin yeni dayaq məntəqələrinin bir qismini belə darmadağın etdilər. Bu zaman Azərbaycanın Dövlət Yanğından Mühafizə Xidməti öz arsenalındakı geniş və müasir yanğınsöndürmə vasitələrinin texniki imkanlarının yalnız kiçik bir hissəsindən istifadə etdi.


2019-cu ilin mart ayının sonundan aprelin əvvəlinədək davam edən uzaq məsafəli atışmalar Azərbaycan Dövlət Sərhəd Xidmətinin Babaqar strateji yüksəkliyi ətəyində 5 min kvadratmetrdən çox ərazidə möhkəmlənməsi, kilometrlərlə əraziyə vizual, zəruri hallarda daha əlverişli mövqelərdən atəşə nəzarət etmək imkanları əldə etməsi ilə nəticələndi. Ermənistan-Gürcüstan qaz kəmərinin sərhəd qolunda yerləşən “Qazprom Ermənistan” qazpaylayıcı stansiyası da bölmələrimizin vizual nəzarətinə keçdi.

Babaqar yüksəkliyi istiqamətində bölmələrimizə birbaşa təsir göstərmək tapşırığını yerinə yetirə bilməyən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı taktikasını diversiya təxribatları seriyasına çevirərək, silahlı insidentləri 90-cı illərdə əldə etdiyi müəyyən strateji üstünlüyə malik cənub istiqamətinə keçirdi...

(Ardını buradan oxuya bilərsiniz)
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Babaqar  





Xəbər lenti