Hakimiyyətdən “hakimiyyət”ə çox fərq var

   Hakimiyyətdən “hakimiyyət”ə çox fərq var
  21 Sentyabr 2022    Oxunub:1618
Erməni hərbi qulluqçularının valideynləri və qohumları İrəvanın qərbindəki təpədə yerləşən “Yerablur” hərbi qəbiristranlığındakı xatirə abidəsinə Ermənistan hakimiyyətinin qoyduğu bütün əklilləri yerə atıblar. Bu məqam erməni cəmiyyətində hakimiyyətdən narazılıq həhval-ruhiyyəsinin gücləndiyinin daha bir nümunəsidur.
Ölmüş hərbi qulluqçuların valideynlərinin və qohumalrının bu addımı atmasının əsas səbəbi hadisədən biq qədər əvvəl polisin onlardan 30-nu saxlaması olub. Ermənistan hakimiyyətini bu siyasətinə etiraz edənlərdən biri əklillərin üzərindəki bayraqları qopardığı zaman, digər etirazçı:

“Əgər bu əxlaqsız adamlar ölənlərin anaları ilə belə rəftar edirlərsə, onların əklilləri burada olmamalıdır. Onlar ən ağrılı yerimizdən vurublar” , - ifadəsini qışqırırdı.



Ehtirasların coşmasına Ermənistanın baş naziri Nikol Paşinyanın müstəqillik günü münasibəti ilə ənənəvi qaydada “Yerablur”a gələrək, ölənlərin xatirə abidəsi üzərinə əklil qoymaq niyyəti olub. Ölmüş hərbçilərin valideynləri və qohumları baş nazirin bəzi ifadələrini həyasız və yersiz bəyanatlar kimi qiymətləndirərək, Paşinyanı “Yerablura” buraxmamaq üçün bütün gecəni burada keşik çəkəcəklərini bildiriblər. Yalnız polisin onları qəbiristanlıq ərazisindən zorla çıxarmasından sonra Nikol Paşinyan xatirə abidəsini ziyarət edə bilib. Belə rəftar isə ölmüş erməni hərbi qulluqçuların valideynlərinin və qohumlarının səbr kasasını daşırdıb.

Əslində, bu qəbildən olan etiraz aksiyalarının sayı Ermənistanda son illər xeyli artıb. Əgər əvvəllər Ermənistan hakimiyyətinə qarşı etiraz dalğaları əsasən ölkədəki acınacaqlı sosial-iqtisadi durumla bağlı idisə, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Şanlı Qələbə, erməni cəmiyyətindəki problemlərin üzərinə məğlubiyyət sindromunu və mənəvi-psixoloji srasıntıları da gətirdi. Rəsmi İrəvanın 44 günlük müharibədə erməni ordusunun böyük itkiləri və döyüş meydanlarını qoyub qaçması barədə yaydığı yalan məlumatlar erməni cəmiyyətində hakimiyyətə inamsızlıq əhval-ruhiyyəsini daha da gücləndirdi.

Avqustun 3-də Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusunun apardığı “Qisas” əməliyyatı və 10 gün əvvəl dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistanın genişmiqyaslı təxribatının qarşısının alınması nəticəsində İrəvanın öz itkilərinin sayını gizlətmək cəhdləri isə bu problemin pik həddə çatmasını şərtləndirdi.


Çünki, təcavüzkarlıq və təxribatçılıq siyasətinin ağır nəticələrinin tam miqyasını xalqdan gizlətməyə çalışan Ermənistanın Müdafiə nazirliyi hələ də son iki silahlı toqquşmada, yəni təxminən bir ay yarımda yaşanan hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlamır. Belə gediş əslində ənənəvi erməni taktikasıdır ki, bunun da ən bariz nümunəsini biz 44 günlük müharibə və ondan sonrakı dövrdə gördük. Ermənistan hakimiyyətinin bu gedişi Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin erməni cəmiyyətinə vurduğu itkilərin həqiqi miqyasını gizlətməyə və gələcəkdə cəmiyyəti bununla barışmağa hazırlamaq üçün vaxt udmağa hesablanıb. Bu həm də Ermənistan hakimiyyətinə ölmüş və taleyi barədə hələ heç bir məlumat verilməyən hərbçilərin alilələrinə müavinətin ödənilməməsinə imkan yaradır.

Məhz belə təhqiramiz davranışa adekvat olaraq ölmüş erməni hərbiçilərinin yaxınları “Yelabur” qəbiristanlığındakı əklilləri və onların üzərindəki bayraqları yerə atırlar. Amma Ermnənistan hakimiyyətinin bütün hiylələrini Azərbaycanın qarşı tərəhə təhvil verdiyi ölmüş hərbçilərin sayı alt-üst edir və məhz rəsmi Bakının bu humanist addımları nəticəsində erməni cəmiyyəti itkilərin əsl miqyası barədə məlumat alır. Təsadüfi deyil ki, 44 günlük müharibənin ilk günlərindən başlayaq indiyədək Ermənistan vətəndaşları məhz Azərbaycanın açıqladığı məlumatların obyektiv olduğuna və əsil həqiqəti əks etdirdiyinə inandıqlarını dəfələrlə vurğulayıblar.

Bu etimadın təməlində Azərbaycan hakimiyyətinin rəsmi İrəvandan fərqli olaraq, yalnız qarşı tərəfin yox, həm də bizim itkilərimizin əsil miqyasını açıqlamasıdır. Uzun illərdir ki, bütün müstəvilərdə şəffaf cəmiyyət yaradılması siyasəti aparan Azərbaycan hakimiyyəti hərbi sahədə də görülən işlər və yaşanan proseslər kontekstində haqq işimizdə canlarını qurban vermiş şəhidlərimizin hamısının adlarını rəsmi qaydada açıqlayır. Bu siyasətin ən vacib tərkib hissəsi kimi şəhid ailələri və müharibə veteranları Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Həmin insanların, onların ailələrinin və yaxınlarının sosila müdafiəsi isə Azərbaycan hökumətinin prioritet vəzifələri sırasında yer alıb.

Ənənəvi qaydada öz cəmiyyətini aldatmaq siyasəti yürüdən Ermənistan hakimiiyəti ilə vətəndaşlarının, xüsusilə də Vətənin müdafiəsi uğrunda şəhidlik zirəvəsinə yüksəlmiş insanların xatirəsinin əziz tutlması siaysəti aparan Azərbaycan hakimiyyətinin fərqi məhz bundadır.

Sahil İsgəndərov, politoloq

AzVision.az



Teqlər: Ermənistan   etiraz  





Xəbər lenti