Kreml: “Putin İran-İsrail münaqişəsini həll edə bilər” | VİDEO

   Kreml: “Putin İran-İsrail münaqişəsini həll edə bilər”    | VİDEO
  19 İyun 2025    Oxunub:782
Rusiya prezidenti Vladimir Putin İsraillə İran arasında münaqişənin həll etmək üçün vasitəçilik potensialına malikdir.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalsitlərə çaıqlamasında belə deyib.

“Hazırda Rusiya İranla tərəfdaşlıq, İsraillə isə “çox bərabər, etibarlı münasibətlər” saxlayır”, - Kremlin sözçüsü vurğulayıb.

Makron Moskvanın vasitəçi olmasını istəmir | VİDEO
Bununla belə, bir neçə gün bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı BMT Nizamnaməsini pozan Rusiyanın İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməsi ideyasını şübhə altına alıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İranın hərbi obyektlərinə və ordu rəhbərliyinə qarşı hücumdan sonra hər iki ölkə bir-birinin ərazilərinə endirdikləri hava zərbələrini dayandırmırlar.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   İsrail-İran  



Xəbər lenti