Bakı və Abşeronda su təchizatı nə yerdədir?

Bakı və Abşeronda su təchizatı nə yerdədir?
  21 İyun 2025    Oxunub:3019
Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, bəzi ərazilərdə su problemi tam aradan qaldırılmayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəməri vasitəsilə ötürülən suyun Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi anbarlarına doldurulma prosesi davam edir.

"Xəttə aparılan təmir işləri ərzində ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma olduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimlə suyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir", - qurumdan əlavə olunub.

İyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.

ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirmişdi.
AzVision.az


Teqlər:



Xəbər lenti