NATO Kiyevə 40 milyard avro verməyi planlaşdırır | VİDEO

   NATO Kiyevə 40 milyard avro verməyi planlaşdırır    | VİDEO
  23 İyun 2025    Oxunub:818
Şimali Atlantika Alyansının ölkələri qarşıdakı sammitdə Ukrayna tərəfinə növbəti 12 ay ərzində 40 milyard avro məbləğində dəstək vəd edəcəklər.
AzVision.az xəbər verir ki, Almaniya hökumətindəki mənbəyə istinad edən Rusiyanın “TASS” agentliyinin yazdığına görə, bu yardım paketi alyansın əvvəlki sammitində Kiyevə vəd edilən məbləğə uyğundur.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski NATO sammiti üçün Haaqaya getmək barədə hələ qərar vermədiyini bildirmişdi. O, qeyd ki, bu səfərin ehtimalı yüksəkdir, lakin qərarı sammit ərəfəsində verəcək. Zelenski səfər çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırsa da, ABŞ liderinin sammitdə iştirakı təsdiqlənməyib.

Yeri gəlmmişkən, iyunun 23-də Yaponiya hökuməti baş nazir Siqeru İşibanın da NATO sammitinə səfərinin ləğv olunduğunu rəsmən elan edib. Bu qərarın dəqiq səbəbləri məlum deyil.

Ukrayna 40 milyard avroluq dəstəyin vəd edilməsi ilə bağlı planlar fonunda Amerikanın “Bloomberg” agentliyi, Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən, Ukraynanın NATO sammitində lazımi diqqəti cəlb edə bilməyəcəyini vurğulayıb.

- Ukrayna öz müttəfiqlərinin Rusiyaya təzyiqi artırmağa diqqət yetirməsini istədiyi halda, Yaxın Şərqdəki böhran ABŞ və Avropanın siyasi enerjini mənimsəyir”, - agentlik yazır.

Bu baxımdan, jurnalistlərin fikrincə, Ukrayna prezidenti Volodimir Zelenskini Haaqa sammitində “pis xəbərlər” gözləyir. “Bloomberg” onu da diqqətə çatdırıb ki, Zelenski əvvəllər artıq NATO-nun baş katibi rəhbəri Mark Rüttenin diqqəti ilə bağlı çətinliklərlə üzləşib.

“Politico” nəşrinin məlumatına görə isə, NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində Ukrayna ilə bağlı ayrıca sessiya olmayacaq.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Ukrayna  



Xəbər lenti