Cinayətkar Baqramyan şəbəkəsinin hərbi strukturu – ARAŞDIRMA (I yazı)

Cinayətkar Baqramyan şəbəkəsinin hərbi strukturu – ARAŞDIRMA (I yazı)
  26 May 2016    Oxunub:5989
Jurnalist Lavrenti Amşentsi:
- Müharibə zamanı Ermənistan hansı rolu oynadı və ya oynamadı? Dağlıq Qarabağ erməni batalyonunun taleyində hansısa diaspor rol oynayırdımı?
Vağarşak Kosyan:
– Belə düşünürəm ki, Ermənistanın və ya Dağlıq Qarabağın köməyindən danışmaq bəzi səbəblərə görə lazım deyil. Bəli, hansısa kömək gəlirdi, amma mən bu barədə heç nə deməyəcəyəm. Bu, siyasət işidir... Bəli, mənəvi olaraq Ermənistan, Dağlıq Qarabağ bizimlədir, amma onların öz problemləri var və bizim gürcülərlə münasibətimizə onları qatmaq lazım deyil... Diaspor çox güclü kömək etdi! Rusiya diasporu yemək, geyim tədarükü görürdü. Bizim öz mühasibat şöbəmiz vardı və Rusiya diasporunun köməyi bizim üçün əhəmiyyətli idi! Yaxın və uzaq ölkələrin də diasporları kömək edirdi. Gəlin dəqiqləşdirməyək haradan, amma, erməni diasporu bizə kömək edirdi!


Gürcüstana qarşı döyüşən Baqramyan batalyonunun Ermənistan Respublikası tərəfindən, müxtəlif kanallarla dəstəklənən “Krunk” və “Maştots” təşkilatlarının fəaliyyətləri nəticəsində formalaşdırılması artıq bizə məlumdur. Müharibənin ilkin hissəsində erməni diasporunun sürətlə təşkilatlanması, təbliğatçı informasiyalarla onsuz da seperatçılar tərəfində olan erməni əhalisini səfərbər etməsi, dəstələr, daha sonra qrup və bölmələrin yaradılması nəticədə mütəşəkkil Baqramyan batalyonunun formaşması üçün zəmin hazırladı.

Öncəki araşdırmalarda ermənilərin gürcü əhalisinə qarşı terror-təxribat əməliyyataları təşkil etməsi açıq-aşkar sübut edilib. Batalyonun apardığı terraktlarla yanaşı, onun hansı şəkildə fəaliyyət göstərməsi, struktur və idarə heyəti haqqında da məlumatlanmalıyıq.

Artıq bildiyimiz kimi, müharibənin əvvəlində, ilkin olaraq Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək gürcü qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar sürətlə silahlanaraq, demək olar ki, hər yerdə qurulurdu. Nşan Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun Lenin adına kalxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada, Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata keçirilməsi zamanı xüsusilə seçilib.

Məsələn, Baqramyan batalyon qərargah rəisi Levon Markaryan aparılan təxribatçı fəaliyyətləri bu şəkildə etiraf edir: “...Oktyabr 1992-ci ildə Qaqra rayonunun erməni kəndlərinin əhalisi əsasında bir-birindən fərqli qruplar yaradıldı. Bu qruplar rəsmi xarakterli deyildi. Onların adı belə müəyyən edilməmişdi. Onlar bir qayda olaraq kəndlərini qorumaq üçün silahlı qruplar yaratdı və mürəkkəb daxili vəziyyətdən istifadə edərək, müxtəlif bəhanələrlə mülki əhalinin talan etməyə çalışdı...”



Araşdırmalara görə, 1992-ci ilin noyabrında Sergey Zabelyanın təşəbbüsü ilə komandir Vağarşak Kosyan və bu bölmələrin nümayəndələri Lenin adına kolxoz klubuna dəvət edilib. Bu təşkilati görüşdə hərbi strukturun bütün şöbələrini bir komandanlıq altında birləşdirmək qərarı verilib. Belə ki, yeni hərbi birləşmənin yaradılması üçün, qarşıya qoyulan vəzifələr üzərində gərgin fəaliyyətə başlanıldı. Məsələnin müvəffəqiyyətlə həll edilməsi üçün faktiki olaraq bütün mövcud bölmələrin komandirləri cəlb olundu.

Arsen Çakryan, Avedis Kosyan, Aram Muradyan, Haçaryan Məlik, Tomasyan Sergey və İşxan kimi diasporla sıx işləyən nüfuzlu şəxslərin erməni əhalisi arasında apardığı təbliğatçı fəaliyyətinləri nəticəsində bölgənin erməni əhalisi yaradılan dəstələrə sürətlə qoşulmağa başladı. Batalyonun yaradılmasına qədər bu tipli təbliğatçı fəaliyyət 1992-ci il noyabr və dekabr ayları boyunca davam edib.

Erməni batalyonuna qoşulmaq arzusunda olanlar Sergey Zabelyan və Vağarşak Kosyanın yanına göndərilirdi. Onlar ideoloji rəhbər olmaqla yanaşı, müxtəlif bölmələri birləşdirən, həm də sürətli qərarlar zamanı ən mühüm təxribatçı tapşırıqları həyata keçirən şəxslər olub. Batalyonun tərkibi əsasən ermənilərin yaşadığı zona olan Qaqra, Qudauta və Tqvarceli rayonlarından təşkil edilib.

Yenicə yaradılan bölmələr 1993-cü il yanvarın 5-də sepratçı qüvvələrinin Suxumiyə etdiyi hücumda iştirak edir. Döyüşlər zamanı bölmələr təyin edilən yerə çatır, seperatçı rəhbərlikdən Qumist çayının cəbhə xətlərinin formalaşdırılması əmrini gözləyir. Əməliyyatın uğursuzluqla nəticələnməsinə baxmayaraq, bölmələr ətraf hissələrdə kütləvi talançılıqla məşğul olur. Araşdırmalara görə, Qaqra erməniləri bu döyüşdə Pitsunda batalyonuna yerli erməniləri də cəlb edib. Eyni zamanda, erməni döyüşçülərinin bir hissəsi Oçamçira qruplaşdırılmasında da fəal iştirak edib. Batalyon burada da qətillər törədərək, əsirlər aparıb.

Ermənilərin getdikcə aktivləşməsi 1993-cü ilin əvvəlində çeçen döyüşçülər tərəfindən müsbət qarşılanmadı. Artıq erməni döyüşçülərin özləri də sıxışdırılmağa başlandı. Belə ki, Abxaziya müharibəsində iştirak edən çeçenlərin bir hissəsi, Qarabağ müharibəsində Azərbaycanın tərəfində döyüşdükdən sonra Abxaziyaya qayıdıb. Nəticədə, 1993-cü ilin qışında erməni və çeçenlər arasında iki silahlı toqquşma baş verib. Bir neçə nəfərin həlak olması, o cümlədən hər iki tərəfdə qarşıdurmaların dərinləşməsindən qorxan seperatçı rəhbərlik dərhal məsələyə qarışaraq yaranmış vəziyyəti normallaşdırmağı bacarır. Müharibə ərzində etnik mənsubiyyətlərə görə, bölmələrin formalaşması, o cümlədən həmin batalyonlar tərəfindən əzilmə qorxusu erməniləri vahid bir qruplaşmada birləşməyə tələsdirirdi. Erməni bölmələri üzərində çeçen qorxusunun nisbətən çəkilməsi ilə erməni qarşıdurmaları daxili məsələlərin həllinə yönəlir. Belə ki, Krunkun erməni icmasına ümumi liderlik etmək cəhdi Maştots üzvləri ilə silahlı toqquşmalara səbəb olub.

Belə ki, separatçı rejim daxilində yüksək “qüvvə”lərindən istifadə edən Suxumidəki Krunk icmasının rəhbərliyi, Qaqradakı erməni Maştots diasporunun nisbi müstəqilliyinə razı deyildi. Baqramyan batalyonunun idea tərtibatını öz üzərinə götürən və Abxaziyadakı erməni icmasının siyasi lideri kimi tanınan (həmçinin seperatçı rejimin “silahlı qüvvələri”nin sədr müavini) Albert Topolyan batalyona bütövlükdə nəzarət etmək üçün, Vağarşakı Qandiat batalyonunu qeyri-şərtsiz Krunka tabe etməyə çağırdı. Cavabında, Qaqra icmasının Maştots liderlərindən biri, açıq-aşkar ona qoşulmaqdan imtina etdi. Nəticədə, Qudautda vəziyyət təcili şəkildə ağırlaşdı və yaranan münaqişə sonunda Albert Topolyanın bir mühafizəçisi ölüdürüldü.

Baş verən münaqişələrə baxmayaraq, ermənilər batalyonun formalaşdırılması üçün seperatçı rejimin “müdafiə nazirliyi”nə lazimi sənədlərin hazırlanmasını səngitmirdi. Araşdırmalara görə, bunun üçün Andrey Davtyan və Vartan Asatryan adlı erməni nümayəndələri seperatçı rejimin “müdafiə nazirliyi” nə – Qudauta göndərilib. Nümayəndə heyətini Ardzinba qəbul edir və lider ermənilərin münaqişə zamanı həlledici rola malik olduğunu bildirir. Nəticədə, 1993-cü il yanvarın sonundan etibarən, seperatçı qüvvələr ermənilərin bir çox hissəsini toplayır və ayrı bir erməni batalyonunun formalaşdırılması ideasını dəstəkləməyə başlayır.



Baqramyan batalyonu formalaşdırılan zaman, diaspor təcili şəkildə məaliyyə toplanmasına başlayıb. Maşots nümayəndələrinin bir qrupu, demək olar ki, Rusiyanın bütün erməni icmasını ziyarət edərək, o zaman tanınan nüfuzlu insanlarla görüşlər keçirib. İkinci qrup isə, müxtəlif kanallarla silah satın alınması və çatdırılması ilə məşğul olub. Onların əsas məqsədi Rusiyadan vəsait toplamaq və xaricdən silah tədarük etmək olub. Araşdırmalara görə, 1993-cü il mart ayının ortalarında Maştots erməni batalyonu üçün yeni silahlar və texnikalar əldə edə bilib. Bununla yanaşı, Maştots rəhbərliyi yerli ermənilərin təşəbbüsü və əsasən də Ermənistanın diktəsi ilə batalyon üçün Eçmiədzindən göndərilən keşişi qəbul edib. Eçmiədzin Abxaziyada gürcülərə qarşı mübarizədə aparan erməni döyüşçülərinə dua etmək üçün Ter-Qriqori adlı keşiş göndərir. Nəticədə, 1993-cü il yanvarın sonunda batalyonunun “sənədləşməsi” ilə bağlı bütün məsələlər həll edilir.

Beləliklə, Sovet İttifaqı marşalı İvan Baqramyanın adına olan motoatıcı batalyon 9 fevral 1993-cü ildə qondarma rejimin rəhbəri Vladislav Ardzinbanın “55 nömrəli əmrinə” əsasən qeydiyyata alınır və seperatçı qrumun “silahlı qüvvələrinin” bir hissəsinə çevrilir. İlkin olaraq 40-50 nəfərdən ibarət olan bölmələrin sayı artaraq tədricən 300 və daha sonra isə 500 nəfərə çatır.

Jurnalist Amşentsinin “Deməli batalyon özünü ilk dəfə olaraq martda elan etdi ?” sualına Vağarşak bu şəkildə cavab verib: “Batalyon yox- 50 nəfərdən ibarət könüllü hücum bölməsi!... Onlar batalyon adı altında döyüşürdülər, amma yenə də bu bölmə idi. Buna qədər bizim hərbi hissələr yanvar hadisəsində də iştirak edib, lakin o zaman hələ batalyon yox idi”.

Deməli faktiki olaraq, 1993 cü il mart ayında Suxumi üzərinə başlayan hücuma qədər Baqramyan batalyonu hələ də formalaşma mərhələsində olub. Bu baxımdan batalyonun formalaşdırlması yanvardan başlayaraq, rəsmi olaraq yaranması fevral, “elan edilməsi”, yəni aktiv fəaliyyətə başlaması mart ayında göstərilir.



“...3-4 strukturlu bölükdən ibarət olan Qaqra batalyonu artıq insan çoxluğundan sıxlaşdı. Bölmələrin normal idarə olunması nəzarətdən çıxırdı və artıq onu bölmək lazım idi.Bu mənada Müdafiə Nazirliyi, Ali Şura formalaşdı və erməni batalyonu yaradıldı.Yaradılması haqda Müdafiə Nazirliyi və Ali Şuranın fərmanı verildi... Bizdə həm də təkcə Çandripşa zonasının yerli əhalisi deyil, Qaqra bölgəsindən də vardı. Bizə həm Suxumidən, həm Labradan, Araqiçdən, Şaumyandan (Qarabağ nəzərdə tutulur– Q.Ş) , Merxuilidən bir sözlə Abxaziyanın hər yerindən gəlirdilər. Erməni bölmələrinin varlığından xəbər tutan hər kəs bizə birləşməyə gəlirdi. Nəticədə, əhalinin eynidilli ahəngi və bölmələrin şəxsi heyyətinin birliyi erməni batalyonunun yaradılmasına səbəb oldu...” – deyə Vağarşak Kosyan bildirir.

(Ardı var)

Şahin QOCAYEV
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti