Ermənilərin yolu bu kəndimizdən keçir – FOTOLAR

   Ermənilərin yolu bu kəndimizdən keçir –    FOTOLAR
  03 Fevral 2022    Oxunub:2853
Qərbi Azərbaycanın Qafan və Gorus şəhərlərini birləşdirən trassın 3.7 kilometrlik hissəsi Eyvazlı kəndinin qalıqlarından keçir. İşğalçılar tərəfindən darmadağan edilmiş bu kənd Qubadlı rayonunun Ermənistana ən yaxın yaşayış məntəqəsi sayıla bilər.

Keçən əsrin əvvəllərində Yuxarı və Aşağı Eyvazlı hissələrinə bölünmüş kəndin inzibati ərazisindən Bazarçay axır. 1993-cü ildə kənd erməni terror birləşmələri tərəfindən işğal olunaraq tamamilə dağıdılmış, xarabalığa çevrilmişdi.


Hazırda Eyvazlı kəndindən keçən şossenin üzərində Azərbaycanın sərhəd və gömrük xidmətlərinin nəzarət-buraxılış postları qurulub, müasir yanacaqdoldurulma stansiyası fəaliyyət göstərir.

Ümid edirik ki, yaxın zamanlarda Eyvazlının sakinləri yenidən doğma ocaqlarına qayıdaraq, bu cənnət məkanı dirçəldə biləcəklər...

Hans Kloss ©
foto: Polygon Azerbaijan
Xüsusi olaraq AzVision.az üçün

Müəllifin əvvəlki yazıları:

Ermənistanın itirdiyi teras əkin sahələri – FOTOLAR
Naməlum əməliyyat: Üç sərhədçimiz səkkiz düşməni necə məhv etmişdi – FOTOLAR
Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR
“Yataq diplomatiyası”: ABŞ senatorunun erməni sevgisinin səbəbi aydın oldu
İblis xisləti: Ermənilərin minaladığı Laçın qəbiristanlığı – FOTOLAR
Yersiz erməni sevinci, yaxud “Buran”haqqında acı reallıq – FOTOLAR

Qalereya




Teqlər: Qubadlı   Ermənistan  





Xəbər lenti