Ermənistanın itirdiyi teras əkin sahələri – FOTOLAR

// Qonşunun torpağını əkən yumurtasız qalar

   Ermənistanın itirdiyi teras əkin sahələri –    FOTOLAR
  03 Fevral 2022    Oxunub:4422
İkinci Qarabağ müharibəsinin bitməsindən 3-4 ay sonra Ermənistanda toyuq ətinin və yumurtanın kəskin bahalaşması müşahidə olundu. Amma bu, İran İslam Respublikasının quş əti və yumurta ixracatına qoyduğu qadağaya görə baş verməmişdi. Məsələ ermənilərin azad olunmuş Azərbaycan torpaqlarında nəhəng taxıl və heyvan/quş yem bazasının itirməsi idi ki, nəticədə daxili broyler və yumurta istehsalı əlverişsiz hala gəlmişdi.
Müharibədən sonrakı ilk Zatik (Pasxa) günü üçün yumurta almağa gedən İrəvan sakinləri onun bir ədədini rəflərdə 0.55-0.72 USD (0.94-1.22 AZN) qiymətinə görüb, şoka düşmüşdülər. Söhbət bayram ərəfəsində Gürcüstandan gətirilən toyuq yumurtalarından gedirdi.
Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR

Ermənistanın kənd təsərrüfatı ekspertlərinin dəyərləndirmələrinə görə, müharibədən sonra Azərbaycanın azad etdiyi ərazilərdə 2500 hektar meyvə bağı (bunların 500 hektarı Ağdərə və Xocavəndin yaxınlığındadır), minlərcə hektar üzüm və on minlərcə hektar taxıl və yonca əkin sahələri əllərindən çıxıb. Bu səbəbdən, artıq 2020-ci ilin dekabrında Ermənistanda quş yeminin 50-60%, preslənmiş yonca və otun qiyməti isə 35-40% bahalaşmışdı.

Ermənistan hökümətinin çoxsaylı subsidiyalarına baxmayaraq, bu günə qədər taxıl və yem bazasındakı qiymət artımını vəziyyətini sabitləşdirmək mümkün olmur, çünki "daşlar ölkəsi" adlandırılan Ermənistanda de-fakto əkin sahəsi yoxdur.


Görünür, məhz bunun üçün Azərbaycanla sərhədyani ərazilərdə yaşayan ermənilər ətrafdakı təpələri teras üsulu ilə mərtəbəli şəkildə hamarlaşdıraraq, əkməyə çalışıblar. İşğalçılar Laçını tərk edəndən sonra isə bu terasların əksər hissəsi Azərbaycanın ərazisində qalıb.

Qərbi Azərbaycanın Dığ, Ərəvus, Bayandur, Xəzinəvar, Xanazax və s. sərhədyani kəndlərinin erməni icma rəhbərləri Azərbaycan Silahlı Qüvvələrin yerlərdəki zabitlərinə taxıl və yoncanın 50/50 nisbətində yığılmasına icazə verilməsi barədə müraciət etsələr də, bu təklif rədd olunub.

Hans Kloss ©
foto: Polygon Azerbaijan
Xüsusi olaraq AzVision.az üçün

Müəllifin əvvəlki yazıları:

Naməlum əməliyyat: Üç sərhədçimiz səkkiz düşməni necə məhv etmişdi – FOTOLAR
Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR
“Yataq diplomatiyası”: ABŞ senatorunun erməni sevgisinin səbəbi aydın oldu
İblis xisləti: Ermənilərin minaladığı Laçın qəbiristanlığı – FOTOLAR
Yersiz erməni sevinci, yaxud “Buran”haqqında acı reallıq – FOTOLAR


Teqlər:  





Xəbər lenti