Paşinyan Pezeşkianla görüşüb

Paşinyan Pezeşkianla görüşüb
  03 İyul 2026    Oxunub:167
Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Bu barədə Ermənistan Baş naziri Administrasiyası məlumat yayıb.

Nikol Paşinyan İranın mərhum ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib.

Pezeşkian Baş nazirə Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak etmək üçün Tehrana gəldiyinə görə təşəkkür edib. O bildirib ki, Ermənistan hökumətinin çətin vəziyyətində İrana qarşı tutduğu mövqeyi və göstərilən humanitar dəstəyi yüksək qiymətləndirir.

İran Prezidenti Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə də təbrik edərək, ikitərəfli münasibətlərin bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl addımların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.


Teqlər:



Xəbər lenti