SOCAR və İtaliya arasında strateji enerji tərəfdaşlığı genişlənir │FOTOLAR

SOCAR və İtaliya arasında strateji enerji tərəfdaşlığı genişlənir │FOTOLAR
  24 İyun 2026    Oxunub:315
İyunun 24-də SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.

Bu xüsusda, SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər, həmçinin enerji təhlükəsizliyi, investisiya layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


AzVision.az










Teqlər:



Xəbər lenti