“Şahdağ”da “TourismLAB” Yay Düşərgəsi keçirilir

“Şahdağ”da “TourismLAB” Yay Düşərgəsi keçirilir
  15 İyul 2026    Oxunub:275
“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilir.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edir.


Düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Eyni zamanda düşərgə dövlət–universitet–özəl sektor əməkdaşlığı nümunəsi kimi çıxış edərək turizm təhsili və sənayenin birgə fəaliyyətinin önəmini vurğulayır.

“TourismLAB” Yay Düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klasslar keçirilir. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunur. Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.


Teqlər: Turizm  



Xəbər lenti