Ermənistanda seçkilərin nəticələri ilə bağlı yekun qərar verildi

Ermənistanda seçkilərin nəticələri ilə bağlı yekun qərar verildi
  04 İyul 2026    Oxunub:231
Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb. Məhkəmənin qərarı qətidir və dərc olunduğu andan qüvvəyə minir.
AzVision.az Ermənistam mtbuatına istinadən xəbər verir ki, qərarı elan edən Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, məhkəmə Mərkəzi Seçki Komissiyasının iyunun 14-də qəbul etdiyi, seçkilərin yekun nəticələrini təsdiqləyən 259A saylı qərarını qüvvədə saxlayıb.

Konstitusiya Məhkəməsi iyunun 26-dan etibarən yeddi siyasi qüvvənin müraciətini vahid icraat çərçivəsində araşdırıb. Müraciət edənlər arasında Samvel Karapetyanın «Güclü Ermənistan» bloku, sabiq prezident Robert Koçaryanın «Ermənistan» bloku və Qaqik Sarukyanın rəhbərlik etdiyi «Çiçəklənən Ermənistan» Partiyası da olub.

Müraciətlərdə əsas etirazlardan biri nəticələri ləğv edilmiş üç seçki məntəqəsində təkrar səsvermənin keçirilməməsi ilə bağlı olub. Mərkəzi Seçki Komissiyasının bu qərarı nəticəsində «Çiçəklənən Ermənistan» Partiyası 4 faizlik seçki baryerini aşa bilməyib.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti