Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
  30 İyun 2026    Oxunub:171
Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“Azəriqaz”dan verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.


Teqlər:



Xəbər lenti