ABŞ İranın 13 şəhərini vurub

   ABŞ İranın 13 şəhərini vurub
  13 İyul 2026    Oxunub:273
ABŞ ordusu İrandakı hədəflərə qarşı yeni zərbələrə başlayıb.
ABŞ Mərkəzi Komandanlığının (#CENTCOM) açıqlamasında bildirilib ki, zərbələr İranın Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dənizçilərə qarşı hücum imkanlarını zəiflətmək məqsədi daşıyır.

ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hava zərbələri zamanı ölkənin 13 şəhəri hədəf alınıb. Zərbələr Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Məhşəhr, Behbəhan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Endimeşk şəhərlərinə endirilib.

Əməliyyat zamanı ABŞ-nin qırıcı təyyarələri, hərbi dəniz qüvvələrinin gəmiləri, dəniz dronlarından istifadə edilib. İranın hava hücumundan müdafiə sistemləri, sahil radar məntəqələri, raket və dron imkanları, eləcə də kiçik qayıqlar hədəfə alınıb.


“Beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazı İranın nəzarətində deyil. ABŞ qüvvələri İranın davam edən əsassız təcavüzünə, təqiblərinə, təhdidlərinə və məsuliyyətsiz bəyanatlarına baxmayaraq, kommersiya gəmiçiliyi üçün naviqasiya azadlığını təmin etməyə hazırdır”, – deyə CENTCOM-un bəyanatda vurğulanıb.

Öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib. SEPAH-ın açıqlamasında hücum nəticəsində bazadakı sursat anbarları və yanacaq çənlərinin alovlandığı iddia olunub. Bildirilib ki, İordaniyaya endirilən zərbələr davam edən “qisas əməliyyatının” ilk mərhələsidir.


Teqlər: İran   ABŞ  



Xəbər lenti