"Türkoloji Qurultayın Bakıda keçirilməsi təsadüf olmayıb" - Səadət Yusifova

   "Türkoloji Qurultayın Bakıda keçirilməsi təsadüf olmayıb" -    Səadət Yusifova
  02 İyul 2026    Oxunub:193
Türk dünyasının ortaq irsinin qorunması xüsusi əhəmiyyət daşıyır. Birinci Türkoloji Qurultayın zəngin elmi irsi bu gün də aktuallığını qoruyur. Tədbirin məhz Bakıda keçirilməsi təsadüfi olmayıb. Azərbaycan türk xalqlarının tarixi və mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm missiya yerinə yetirir.
Bu sözləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasına, "Birinci Türkoloji Qurultay Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay Biblioqrafiya" kitablarının təqdimatına həsr olunmuş tədbirdə deyib.

S.Yusifova vurğulayıb ki, təqdim olunan hər iki nəşrin işıq üzü görməsi Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunması istiqamətində aparılan məqsədyönlü və davamlı fəaliyyətin göstəricisidir.

Bu tarixi addımların gələcəkdə Türk dünyasının elmi və mədəni inkişafında mühüm rol oynayacağına inamını ifadə edən nazir müavini deyib: “Türk Dünyası Milli Kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsi, ortaq virtual oxu zalının yaradılması, birgə elmi seminar və konfransların təşkili gələcək fəaliyyətin əsas istiqamətlərindən olacaq”.


Teqlər:



Xəbər lenti