Pakistan tam elektron pasporta keçir

Pakistan tam    elektron pasporta    keçir
  22 İyun 2026    Oxunub:161
Pakistan pasport xidmətlərinin modernləşdirilməsi çərçivəsində tam elektron pasport sisteminə keçid qərarı qəbul edib.
Qərar İslamabadda Pasport və İmmiqrasiya Baş Qərargahında keçirilən iclasda qəbul olunub. Bildirilib ki, elektron pasport sisteminin tətbiqi sənədlərlə bağlı saxtakarlıq hallarının azaldılmasına, təhlükəsizliyin artırılmasına və xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Məlumata görə, yaxın vaxtlarda pasportların həm ölkə daxilində, həm də xaricdə vətəndaşların ünvanına çatdırılması xidməti də istifadəyə veriləcək. Həmçinin iyulun 1-dən etibarən pasport idarələrində nağdsız ödəniş sisteminin tətbiqi planlaşdırılır.

Qeyd olunub ki, onlayn pasport müraciətləri də Pak ID platformasına inteqrasiya ediləcək.


Teqlər: Pakistan  



Xəbər lenti