Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək.
|
| Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim |
Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
“RobotChallenge Azerbaijan 2026” haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.







Vaxtında, Aydın, Lazımlı!


