II yay festivalında 1500-ə yaxın ASAN könüllüsü bir araya gəlib

 II yay festivalında 1500-ə yaxın ASAN könüllüsü bir araya gəlib
  21 İyul 2026    Oxunub:325
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə iyulun 20-də “Locca Beach Baku”da ASAN könüllülərinin II yay festivalı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, festivalın əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, könüllülük dəyərlərinin təbliği, həmçinin gənclər arasında sosial əlaqələrin və komanda ruhunun gücləndirilməsi olub.

1500-ə yaxın könüllünü bir araya gətirən festival çərçivəsində stolüstü və komanda oyunları, çimərlik əyləncələri, müxtəlif idman yarışları, eləcə də tanınmış ifaçıların və istedadlı ASAN könüllülərinin iştirakı ilə zəngin konsert proqramı təşkil edilib.

Həmçinin tədbir çərçivəsində 2025-ci il üzrə fərqlənən könüllü qruplarının təltifetmə mərasimi keçirilib. Gün ərzində keçirilən yarışlar və interaktiv fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tərəfdaşların dəstəyi ilə iştirakçılar üçün müxtəlif hədiyyələr təqdim olunub, əyləncə və interaktiv zonalar yaradılıb.

Qalereya




Teqlər:






Xəbər lenti