Çin və Rusiya kəşfiyyatlarının İranda gizli döyüşü
Moskva Yaxın Şərq İnstitutunun araşdırmasında deyilir ki, Yaxın Şərq istiqamətində Çin və Rusiya kəşfiyyatlarının arasında informasiyaya çıxış və agentura mövqeləri uğrunda gərgin rəqabət gedir. Bəzən məsələ kifayət qədər ciddiləşir. Məsələn, 2026-cı ilin mart ayında Rusiyanın Tehrandakı mənbələri İranın İsrail ərazisinə zərbə vuracağı haqda məlumat əldə etsələr də, Çinə ötürməyiblər. Nəticədə Moskva ilə Pekinin arasında hətta diplomatik gərginlik yaranıb.
İranda ənənəvi olaraq Rusiya kəşfiyyatı güclü olub. Moskva İranın ordu rəhbərliyinin bəzi vacib addımları onunla məsləhətləşməsini istəyir və Çinin birbaşa İran hərbçilərilə işləməsinə qısqanc yanaşır. Çin isə cavabında Rusiyadan asılı olmamaq üçün YAOGAN peykini və hakerlər ordusunu İranda kəşfiyyat fəaliyyətinə yönəldib.
Pekinin məqsədləri daha çox iqtisadi maraqlardan doğur. Çin 60 milyard dollarlıq neft idxal etdiyi regionun taleyinin onsuz həll edilməsinə razılaşa bilməz. Belə vəziyyətdə qeyri-müəyyənliyin davam etməsi “Səma İmperiyası”na daha çox sərf edir. Çünki böhranın uzanması Pekinə İraqda, Birləşmiş Ərəb Əmirliklərində möhkəmlənməyə, Amerikanı oradan sıxışdırmağa imkan verir.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: Çin Rusiya İran Kəşfiyyat







Vaxtında, Aydın, Lazımlı!


