Tramp: "ABŞ İrana desant çıxara bilər"

   Tramp:    "ABŞ İrana desant çıxara bilər"
  08 İyun 2026    Oxunub:185
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, hərbi tapşırıqları yerinə yetirmək üçün İran ərazisinə xüsusi təyinatlı qüvvələrin daxil olacağını istisna etməyib.
Tramp “Financial Times” qəzetinə açıqlamasında deyib ki, iki seçim var: "Ya İrana desant çıxarıb əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz işlərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik”.

Donald Tramp, həmçinin qeyd edib ki, İsraillə İran arasındakı hazırkı gərginlik Vaşinqton və Tehran arasındakı danışıqlar prosesinə təsir göstərməməlidir.

“Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq”, - deyə Ağ Evin rəhbəri əlavə edib.


Teqlər: Tramp   İran   ABŞ  



Xəbər lenti