Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib - Rəsmi məlumat

   Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib -   Rəsmi məlumat
  06 İyun 2026    Oxunub:501
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə həlak olub.
Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Bu barədə Müdafiə Nazirliyinin məlumat yayıb.

"Müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir", MN-dən bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti